Azərbaycan cüdoçuları Slovakiyada keçirilən Avropa Kubokunda 10 medal qazanıblar
Far.Az xəbər saytı

Azərbaycan cüdoçuları Slovakiyada keçirilən Avropa Kubokunda 10 medal qazanıblar


Azərbaycanın yeniyetmə cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən Avropa Kubokunda 10 medal qazanıblar.

"Far.Az" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, medallardan ikisinin əyarı qızıl, ikisi gümüş, altısı isə bürünc olub.

Azərbaycan təmsilçiləri medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

Cüdoçular turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Yarışın ikinci günündə Səid Şərifov (73), Amin Mehdiyev, Abdullah Rəhmətov (81 kq) və Sübhan Axundov (+90 kq) bürünc medal əldə edib, Məhəmməd Ağakişiyev (73 kq) isə 7-ci olub.

Qeyd edək ki, turnir fevralın 15-16-da keçirilib. Azərbaycan oğlanlar arasında yarışda 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.

Oxşar xəbərlər

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan cüdoçuları Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazanıblar
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan cüdoçuları Açıq Asiya turnirində 4 medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər