Azərbaycan cüdoçuları Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazanıblar
Far.Az xəbər saytı

Azərbaycan cüdoçuları Belçikadakı beynəlxalq turnirin ilk günündə dörd medal qazanıblar


Azərbaycan təmsilçiləri Belçika açıq cüdo turnirinin ilk günündə dörd medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, idmançılar Vise şəhərindəki beynəlxalq yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc mükafat əldə ediblər.

Murad Muradlı (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadir Hüseynov gümüş, İbrahin Əliyev (hər ikisi 73 kq) isə bürünc medala sahib çıxıb.

İmran Yusifov (+100 kq) isə gümüş mükafat qazanıb.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq. Azərbaycan yarışda qadınlar və kişilər arasında 12 çəki dərəsində 27 cüdoçu ilə təmsil olunur.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan idmançıları Belçika açıq cüdo turnirində iştirak edəcəklər
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər