BDU və Kırşehir Ahi Evran Universiteti arasında anlaşma memorandumu imzalanıb
Türkiyənin Kırşehir Ahi Evran Universitetinin rektoru Mustafa Kasım Karahocagilin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
"Far.Az" xəbər verir ki, BDU rektoru Elçin Babayev qonaqlara Universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib.
Qeyd edib ki, BDU Türkiyənin ən nüfuzlu universitetləri ilə sıx əməkdaşlığa malikdir. Kırşehir Ahi Evran Universiteti ilə də elm və təhsil sahəsində müxtəlif əməkdaşlıq imkanları mövcuddur.
Kırşehir Ahi Evran Universitetinin rektoru Mustafa Kasım Karahocagil rəhbərlik etdiyi universitetin əsas fəaliyyət istiqamətləri barədə danışıb. Kırşehir Ahi Evran Universitetinin hazırladığı daxili keyfiyyət təminatı sistemini təqdim edib.
Daha sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin mübadiləsini, ortaq akademik proqramların yaradılmasını, akademik mobilliyin artırılmasını nəzərdə tutur. Hər iki universitet müştərək konfranslar, seminarlar və digər elmi tədbirlər təşkil edərək, bilik və təcrübə mübadiləsini gücləndirəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













