"Mançester Yunayted" Viktor Osimheni transfer etməyi düşünür
Far.Az xəbər saytı

"Mançester Yunayted" Viktor Osimheni transfer etməyi düşünür


İngiltərənin "Mançester Yunayted" klubu İtaliya təmsilçisi "Napoli"nin hücumçusu Viktor Osimheni transfer etməyi düşünür.

"Report" "Todofichajes.com"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı futbolçu üçün İstanbul kollektivi ilə danışıqlara başlayıb.

İcarə əsasında "Qalatasaray"da (Türkiyə) çıxış edən oyunçu 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasında mübarizə aparan komandada forma geyinmək istəyir.

Mançester klubu Osimheni sıralarına cəlb etmək üçün 75 milyon avrosundan keçməlidir.

Qeyd edək ki, V.Osimhen cari mövsüm "Qalatasaray"ın heyətində 24 oyunda 19 qol vurub.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər