İran parlamentinin sədri APA-nın 15-ci sessiyasında iştirak üçün Bakıya gəlib
İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün Bakıya gəlib.
"Report" bu barədə İran KİV-ə istinadən xəbər verir.
İranlı spiker səfərdən əvvəl yerli mətbuata verdiyi müsahibədə ölkəsinin Azərbaycanla beynəlxalq və regional əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
"Azərbaycanla çoxsaylı tarixi və müxtəlif sahələrdə əlaqələr var. Səfər zamanı yüksək vəzifəli şəxslərlə keçiriləcək ikitərəfli görüşlər siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafı üçün vacibdir", - Qalibaf deyib.
Xatırladaq ki, 15-ci sessiya "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr olunub. Toplantıda 26-ölkə parlamentinin və 6 beynəlxalq təşkilatın nümayəndə heyəti, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcək. Azərbaycanın sədrlik müddətinin başa çatması ilə əlaqədar APA-ya növbəti iki il üçün rəhbərlik və onun gündəliyi nəzərdən keçiriləcək.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı
-
Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"
-
Emoməli Rəhmon Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə İlham Əliyevi təbrik edib
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Hikmət Hacıyev: "Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur"
-
Prezident İlham Əliyev: Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir













