Bakıda 2 tona yaxın yararsız ət məhsulu aşkarlandı - DİN və AQTA-dan ƏMƏLİYYAT
Far.Az xəbər saytı

Bakıda 2 tona yaxın yararsız ət məhsulu aşkarlandı - DİN və AQTA-dan ƏMƏLİYYAT


Daxili İşlər Nazirliyinin (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə keçirdiyi əməliyyat nəticəsində 2 tona yaxın yararsız ət məhsulu aşkar olunub.

Bu barədə Far.Az-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, keçirilən növbəti əməliyyat zamanı Bakının Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb.

Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, eləcə də onun rəhbərliyi altında işləyən Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıblar.

Sexə baxış zamanı 2 tona yaxın standartlara cavab verməyən keyfiyyətsiz ət məhsulu aşkar olunub.

Araşdırmalarla müəyyən edilib ki, E.Ağayev və digərləri xəstə, həmçinin artıq təsərrüfatda istifadəsi mümkün olmayan iribuynuzlu heyvanları ucuz qiymətə alıb emal edəndən sonra keyfiyyətli ət məhsulu adı altında satışa çıxarıblar.

Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib.

Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.

Oxşar xəbərlər

Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
AQTA sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi və ət satışı məntəqələrinə xəbərdarlıq edib
Heyvan kəsimi və ət satışında 2500-dən çox qayda pozuntusu aşkarlanıb
712 heyvan kəsimi və ət satışı mağazası cəzalandırılıb
Bakıda məşhur şadlıq evində nöqsanlar aşkarlandı: Müştərilərə camış əti verilirmiş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər