Azərbaycanın həvəskar xizəkçiləri Türk Dövlətləri Kubokunda iki medal qazanıblar
Azərbaycanın həvəskar xizəkçiləri ilk dəfə keçirilən Türk Dövlətləri Kubokunda iki medal qazanıblar.
“Report” xəbər verir ki, Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə Özbəkistanın Əmirsoy Dağ Kurortunda həvəskarlar arasında xizək yarışı üzrə ilk dəfə Türk Dövlətləri Kuboku keçirilib.
Yarışda Azərbaycanı təmsil edən Ceyhun Balametov qızıl, Famil Valimotov isə bürünc medala sahib olublar.
Qeyd edək ki, fevralın 18-də baş tutan turnirdə Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan və Türkiyədən müxtəlif yaş kategoriyaları üzrə 50-yə yaxın xizəkçi iştirak edib. Qaliblər kubok və medallarla təltif olunublar. Türk Dövlətlərinin Xizək Kurortları İttifaqına Azərbaycanın Şahdağ, Özbəkistanın Amirsoy,Qazaxıstanın Şimbulak və Türkiyənin Uludağ Dağ Kurortları daxildir.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













