Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Far.Az xəbər saytı

Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib


Azərbaycan millisinin 3 boksçusu Rumıniyada keçirilən “Drakula Open”də yarımfinala yüksəlib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Far.Az"a verilən məlumata görə, Breila şəhərində gənclər arasında təşkil olunan yarışda yığma üzvləri 1/4 final görüşlərindən qələbə ilə ayrılıblar.

Baqir Əmirxanlı (60 kq) David Barbuya (Rumıniya) üçüncü, Valeh Eyvazlı (67 kq) Rares Pursareaya (Rumıniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Mircəlal Mirağayevin (80 kq) rəqibi Zaxar Doroşenko (Ukrayna) isə döyüşə çıxmadığına görə təmsilçimiz mərhələ adlayıb.

Hər 3 boksçu yarımfinala yüksəlməklə özləri üçün minimum bürünc medalı təmin ediblər.

Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də baş tutacaq.

Oxşar xəbərlər

Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan boksçuları Rumıniyada beynəlxalq turnirdə iştirak edəcəklər
Gənc boksçular arasında Azərbaycan birinciliyində finalçılar bəlli olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər