"Li Auto" RƏSMİ olaraq Azərbaycanda!
Far.Az xəbər saytı

"Li Auto" RƏSMİ olaraq Azərbaycanda!


Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan "Efendiler Group" “Li Auto” brendinin Azərbaycandakı rəsmi nümayəndəsi oldu.

"Li Auto Azərbaycan"ın müvəqqəti satış salonu Aşıq Molla Cümə küçəsi, 44B ünvanında yerləşəcək.

Eyni zamanda hazırda Babək prospekti, 35A ünvanında brendin bütün standartlarına cavab verən 900 kvadrat metrlik nəhəng satış mərkəzi və 300 kvadrat metrlik ofisin tikintisi davam edir və yaxın zamanda istifadəyə verilməsi gözlənilir. Texniki servisə gəldikdə isə, bu gündən etibarən alış tarixi 31 dekabr 2024-cü ilə olan bütün "Li Auto" avtomobillərinə Babək prospekti, 35K ünvanında yerləşən rəsmi servisimizdə texniki xidmət göstəriləcək və bütün original ehtiyat hissələri ilə təmin ediləcək.

"Efəndilər Group"un icraçı direktoru Amal Əlili qeyd edir ki, satış mərkəzində “Li Auto” brendinin “L6”, “L7” və “L9” modelləri təqdim olunacaq. Yaxın gələcəkdə şirkət öz müştərilərinə daha geniş model cərgəsi ilə xidmət göstərməyi planlaşdırır. Artıq bu gündən etibarən adları qeyd edilmiş modellərin sifarişi qəbul olunur və ilk avtomobillərin gəlişi növbəti 2 həftədə gözlənilir.

Ətraflı məlumat əldə etmək və əvvəlcədən "Li" avtomobilinizi sifariş etmək üçün *2299 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Toyota Prius: Hibrid Avtomobillərin atası
İcma: Qayıdışın təmin edilməsi üçün dövlətin atacağı bütün addımlarda fəal iştirak edəcəyik
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər