Karate üzrə Naxçıvan birinciliyi və çempionatı keçirilib
Naxçıvanda karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında muxtar respublika birinciliyi və çempionatı keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, yarış Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyası (AKF) və federasiyanın Naxçıvan nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 105 idmançı iştirak edib. İştirakçılardan 75-i oğlan, 30-u isə qız idmançı olub.
Yarışın açılış mərasimində nazirliyinin şöbə müdiri Taleh İbrahimov, AKF-nin komitə rəhbəri Hidayət Şabanov və AKF-nin Naxçıvan üzrə nümayəndəsi Nəriman Quliyev çıxış edərək yarışın məqsəd və əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu cür yarışlar yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmançıların yarış təcrübəsinin artırılması, perspektivli karateçilərin üzə çıxarılması və gələcək yarışlara hazırlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Müxtəlif yaş və çəki dərəcələri üzrə keçirilən kumite yarışlarında fərqlənən idmançılar diplom, medal və hədiyyələrlə təltif olunublar.
Görüşlərin idarəçiliyində federasiyanın hakimləri də iştirak ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













