AFFA bir oyunda yaşananlara görə 9 futbolçu və 1 baş məşqçini cəzalandırıb
Far.Az xəbər saytı

AFFA bir oyunda yaşananlara görə 9 futbolçu və 1 baş məşqçini cəzalandırıb


AFFA İntizam Komitəsi U-15 Liqasında baş tutmuş "Metak" - "Səbail" oyununda yaşananlara görə 9 futbolçu və 1 baş məşqçini cəzalandırıb.

"Far.Az"un məlumatına görə, oyunçuların hamısı təcavüzkar davranışa görə diskvalifikasiya ediliblər.

"Metak"ın baş məşqçisi Mehman Səfərov isə hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 5 matç əlavə edilib.

"Metak"dan Seyfəddin Heydərova, Amir Tahirova, Seyid Davidova, Əli Zamanova, "Səbail"dən Nizami Hüseynliyə, Hüseyn Hüseynliyə, İlkin Mikayılova, Hüseyn Saracevə və Raul Nəsirliyə qırmızı vərəqə aldıqları üçün 4 oyunluq cəza tətbiq olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Karvan”ın baş məşqçisi 5 oyunluq cəzalanıb
Hakimləri təhqir edən futbolçu və məşqçilər cəzalanıb
AFFA klub nümayəndələrini 5 oyunluq cəzalandırıb
AFFA aşağı yaş qrupları üzrə çempionatlarda baş verən insidentlərlə bağlı qərarlarını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər