AFFA aşağı yaş qrupları üzrə çempionatlarda baş verən insidentlərlə bağlı qərarlarını açıqlayıb
AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə çempionatlarda baş verən insidentlərlə bağlı qərarlarını açıqlayıb.
“Report” xəbər verir ki, U-17 Liqasında keçirilən “Turan Tovuz” – “Zirə” oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Hüseyn Mirzəyev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyunluq diskvalifikasiya olunub.
“Turan Tovuz”un AFFA U-15 Liqasında çıxış edən komandasının üzvü Raul Paşayev isə 3 oyunluq cəzaya məruz qalıb. Buna futbolçunun “Zirə” ilə matçda rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.
Fevralın 6-da AFFA U-17 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ - “Neftçi” oyunu ilə bağlı da qərarlar açıqlanıb.
"Masallı"nın sabiq komanda rəisi Abdulla Xəlilov matçın 69-cu dəqiqəsində “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə və xəsarət yetirdiyinə görə 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. 69-cu dəqiqədə "Neftçi" rəsmisi Rəşad Hüseynov isə A.Xəlilovu vurduğuna görə 10 oyun cəzalandırılıb.
Görüşdə təhlükəsizlik təmin edilmədiyi üçün meydan sahibləri müstəsna hal kimi 500 manat cərimələnib. Bununla yanaşı, hər iki klubun rəhbərliyinə daxili nizam qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













