Biləsuvarda qanunsuz tikililər sökülüb
Far.Az xəbər saytı

Biləsuvarda qanunsuz tikililər sökülüb


Biləsuvar rayonunda qanunsuz tikililər sökülüb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Əliabad kənd sakini Quluzadə Elvin Abbas oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan rayonun İran İslam Respublikası istiqamətindəki magistral avtomobil yolunun mühafizə zolağına və vətəndaş Miriyev Adil Pirverdi oğlu tərəfindən icarəyə götürülmüş dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin sahəsinin müəyyən hissəsinə aid olmaqla qanunsuz olaraq yanacaqdoldurma məntəqəsinin və digər yardımçı obyektlərin tikintisinin aparılması faktları aşkar edilib.

Biləsuvar Rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi və Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər