Magistraturaya qəbulun açıq tipli tapşırıqlar üzrə nəticələri elan edilib
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.
Bildirilib ki, bakalavrlar imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 21926 bakalavrdan 515 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.
Oxşar xəbərlər
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Magistraturaya qəbul imtahanı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
"Turan"ın voleybolçusu Ayşən Abduləzimova: "Bu gün sübut etdik ki, güclü tərəf bizik"
-
"Tasnim": Tehran İran gəmisini saxladıqdan sonra ABŞ-nin hərbi gəmilərinə zərbə endirib













