Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
Far.Az xəbər saytı

Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib


Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycanla qonşuluq münasibətlərinin, qarşılıqlı etimadın və regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, Kavelaşvili bu barədə Türkiyədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində müxtəlif ölkələrin liderləri ilə keçirdiyi görüşləri şərh edərkən danışıb.

O, Cənubi Qafqazın daha cəlbedici regiona çevrilməsinin vacibliyini bildirib.

Prezident deyib ki, konfrans çərçivəsində Özbəkistan Prezidenti, Çinin vitse-prezidenti, Braziliya Prezidenti və Ermənistanın Baş naziri ilə görüşüb.

Onun sözlərinə görə, Özbəkistanla imzalanmış sazişlərdən sonra ikitərəfli münasibətlərdə intensiv inkişaf müşahidə olunur. Çinlə əlaqələrin daha da genişləndirilməsi də Gürcüstanın prioritetləri sırasındadır.

Kavelaşvili Ermənistanın Baş naziri ilə görüşündə regional məsələləri müzakirə etdiyini bildirib. O, Cənubi Qafqazın ən cəlbedici regionlardan birinə çevrilməsinin tərəfdarı olduqlarını vurğulayıb.

Gürcüstan Prezidenti Türkiyə, Azərbaycan, Ermənistan və Orta Asiya ölkələri ilə münasibətlərin əhəmiyyətinə də toxunub. O qeyd edib ki, regional inkişaf yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmamalı, qarşılıqlı hörmət və etimada da əsaslanmalıdır.

Kavelaşvilinin sözlərinə görə, müxtəlif ölkələrin nümayəndələri Gürcüstanın inkişafını, əldə etdiyi nəticələri və beynəlxalq mövqeyini yüksək qiymətləndiriblər.

Prezident konfransın "Gəlin danışmağa başlayaq" şüarına da münasibət bildirib. O, Gürcüstanın bütün məsələlərin müzakirəsinə hazır olduğunu və dialoqun vacibliyini dəstəklədiyini deyib.

Kavelaşvili çıxışında Avropa İttifaqının bəzi ölkələrinin Gürcüstana münasibətini də tənqid edib. O, həmin ölkələrin yanaşmasını uzaqgörən olmayan siyasət kimi qiymətləndirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - Yenilənib-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər