Narkotik cinayətlərinə görə həbs edilən şəxslə bağlı valideynlərin iddialarına aydınlıq gətirilib
Bəzi sosial şəbəkə səhifələrində Salyan rayon sakini Rəhman Axundovun valideynləri övladlarının təqsiri olmadığı halda həbs edilməsinə dair iddialar səsləndiriblər.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Far.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, R.Axundovun həbs edilməsinə dair səsləndirilən iddialar həqiqətdən uzaqdır və heç bir hüquqi əsası yoxdur. Həmin iddialar konkret olaraq narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətinə görə məsuliyyətə cəlb olunan R.Axundovun müdafiəsi məqsədindən irəli gəlir.
Belə ki, R.Axundov darə etdiyi "Prius" markalı nəqliyyat vasitəsilə tanışı Azər Caniyevlə birlikdə ötən il noyabrın 4-də narkotik vasitə götürmək üçün Siyəzən rayonuna gediblər. Narkotik vasitəni götürən zaman polis əməkdaşları tərəfindən A.Caniyev saxlanılıb və R.Axundov isə avtomobil ilə oradan uzaqlaşıb.
A.Caniyev isə saxlanılaraq polis şöbəsinə gətirilib, üzərinə şəxsi axtarış aprılıb və şəxsi istehlak miqdarından artıq narkotik vasitə və psixotrop maddə aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanılıb, A.Caniyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə həbs edilib.
İstintaqı davam etdirilən cinayət işi üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün R.Axundov cari il yanvar ayının 15-də paytaxtın Nərimanov rayonunda saxlanılaraq istintaqa təhvil verilib. O, təqsirləndirilən şəxs qismində cəlb edilməklə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Oxşar xəbərlər
Toyota Prius: Hibrid Avtomobillərin atası
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













