Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb
Far.Az xəbər saytı

Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb


Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Batanlardan biri Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılovdur. Hər iki şəxsin balıqçı olduğu deyilir.

Hadisənin qayığın çevrilməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Beyləqanda 9 yaşlı uşaq kanalda batıb - YENİLƏNİB
Samuxda süni sututarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər