Əməkdar artist atasının şərlənərək həbs edilməsindən danışdı
"Biz uşaq idik və həmin vaxt bu bizim üçün böyük stress idi. Nənəmin 30 yaşında bir övladı vəfat etmişdi. Atam onun ikinci övladıdır. Atama şər atıb həbs etdirəndə heç babamın 40 mərasimi də olmamışdı".
Far.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə deyib.
"Afaqla Onlar" verilişinə qonaq olan sənətçi atası yazıçı-publisist Çingiz Ələkbərzadənin həbs olunan zaman ailəsinin yaşadığı çətin anlardan danışıb:
"Biz hər zaman atamızın yanında olduq. Heç vaxt onu tək qoymadıq. O özü də böyük stress yaşadı. Bir insan üçün şərdən böhtandan betər ən böyük nə ola bilər. Atam bəraət qazandı. Bizim ailəmiz o dövrü pis keçirdi. Bu 2025-ci ildə hələ də danışılır. Onun övladları nə qədər ki, yaşayır biz bu sənəti davam etdirəcəyik".
Xatırladaq ki, məşhur müğənnilər Sevda və Elmira Ələkbərzadə bacılarının atası olan Çingiz Ələkbərzadə Sovet dövründə şərlənərək həbs olunub. O Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında telejurnalist kimi çalışdığı zaman, durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyi üçün həbs edilib.
Oxşar xəbərlər
İnfarktdan ölən pişik, özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - VİDEO
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Yazıçı-publisist: Daşkənddə səkkiz minə yaxın azərbaycanlı yaşayırdı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı - VİDEO/YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













