Lükə düşən gənc qızın vəziyyəti açıqlandı
Far.Az xəbər saytı

Lükə düşən gənc qızın vəziyyəti açıqlandı


İki gün əvvəl Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində kanalizasiya quyusuna düşən gənc qızın vəziyyəti açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin Travmatologiya və ortopediya şöbəsinin müdiri, həkim travmatoloq-ortoped Sənan Aşirov açıqlama verib.

Onun sözlərinə görə, Z. Zeynalova xəstəxanaya bel və çanaq nahiyyələrində ciddi ağrılarla müraciət edib: "Aparılan ilkin müayinələr nəticəsində xəstənin bud-çanaq və bel nahiyyəsinə MRT (Maqnit Rezonans Tomoqrafiya) tətbiq olunduqdan sonra çanaq sümüklərinin və oma sümüyünün zədələnməsi, əzilməsi və sınması müəyyən edilib. Hazırda pasiyentin vəziyyəti stabildir, konservativ müalicəsi davam etdirilir".

Qeyd edək ki, kanalizasiya quyusuna düşən qız hadisəyə şahid olan şəxslər tərəfindən oradan çıxarılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
PA-nın fevral ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
Baş Prokurorluq həkim Sənan Mehdiyevin həbsi ilə bağlı məlumat yayıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər