İsrailə 70-dən çox raket atılıb, ölkədə fövqəladə vəziyyyət elan olunub
Far.Az xəbər saytı

İsrailə 70-dən çox raket atılıb, ölkədə fövqəladə vəziyyyət elan olunub


Livandakı "İslam Müqaviməti" İsrailin şimalındakı Qərbi Qalileyaya və yəhudi dövlətinin nəzarətində olan Qolan təpələrinə doğru 70-dən çox raket atıb.

"Far.Az" xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanal bildirir, İsrail ərazisinin atəşə tutulması davam edir.

Bu arada İsrail ordusunun bu səhər Livanda "Hizbullah" hərəkatının hədəflərinə qabaqlayıcı zərbələr endirməsindən sonra yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, İsrail ərazisinə raket zərbəsi hazırlamaqla əlaqədar "Hizbullah" hərəkatının hədəflərinə hücum ediblər.

Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı isə İsrail Müdafiə Qüvvələrinin 4 əsgəri həlak olub, daha 7 nəfər yaralanıb.

Oxşar xəbərlər

Xronika: Qərbi Azərbaycan sakinlərinin geyim mədəniyyəti
Livandan İsrail ərazisinə 180-dən çox raket və PUA atılıb
Livanda 2023-cü ilin payızından bəri 260-a yaxın insan ağ fosfordan zəhərlənib
İsrail HHQ Livanın cənubunda "Hizbullah" qüvvələrinə hücum edib
İsrail ordusu Livanın şərqini atəşə tutub, 30 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər