Qayınata ona "başın üçün deyil" bildirən kürəkənini döydü - CƏZA
Far.Az xəbər saytı

Qayınata ona "başın üçün deyil" bildirən kürəkənini döydü - CƏZA


Surxanı Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Kəramət Əmirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə 02 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Kəramət Əmirovla bacısı oğlu və kürəkəni olan zərərçəkmiş Ziyad Quliyev (şərti) arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Cinayət materialında qeyd edilib ki, zərərçəkmiş arvadını körpə övladı ilə birlikdə tək qoyaraq razılıq olmadan işləmək məqsədi ilə Rusiyaya getməyi planlaşdırıb. Təqsirləndirilən şəxs də buna görə kürəkəninə zəng edərək irad bildirib.

Kəramət Əmirov ifadəsində söyləyib ki, Ziyada "ağıllı ol, qulağını dartaram" deyib. Kürəkən isə cavabında qeyd edib ki, "başın üçün deyil". Sonra zərərçəkmişin evinə gedən Kəramət mübahisə zamanı ona iki dəfə yumruq zərbələri endirərək, sağlamlığa az ağır vurmaya aid xəsarətlər yetirib.

Hadisədən sonra Kəramət Əmirov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər