Bakıda metronun qarşısında qeyri-etik hərəkətlər edən şəxs HƏBS OLUNDU
Bakı metrosunun "Nizami" stansiyası qarşısında qeyri-etik hərəkətlər edən şəxs həbs olunub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə fevralın 20-də baş verib.
Belə ki, sərxoş halda stansiyaya daxil olmağa çalışan şəxsi metronun girişində xidmət aparan polislər içəri buraxmayıb. Daha sonra o, insanların sıx olmasından istifadə edərək növbəti dəfə stansiyaya daxil olmaq istəyib və yenidən oradan kənarlaşdırılıb.
Bundan sonra həmin şəxs insanların kütləvi hərəkət etdiyi "Nizami" metro stansiyasının qarşısında təbii ehtiyacını ödəməyə başlayıb.
Vətəndaşların şikayətindən sonra o saxlanılaraq polis idarəsinə aparılıb və ekspertizadan keçirilib.
Quba rayon sakini, 1976-cı il təvəllüdlü E.Mehdiyevin (şərti soyadlı) sərxoşluğu təsdiqlənib və barəsində protokol tərtib edilib. Protokolla birgə Yasamal Rayon Məhkəməsinə göndərilən şəxs ifadəsində törətdiyi əməli etiraf edib. O, acqarına bir litr araq içdiyini bildirib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə E.Mehdiyevə 25 sutka inzibati həbs verilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakının hansı küçələrində sıxlıq var?
Hazırda Bakının bəzi yollarında sıxlıq müşahidə olunur
Şəhid övladları üçün "Texno Qəhrəmanlar" master-klası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













