Hər kəsin gözüyumulu etibar edə biləcəyi yeganə bürc
Far.Az xəbər saytı

Hər kəsin gözüyumulu etibar edə biləcəyi yeganə bürc


Astrologiya dünyasında ən dürüst və etibarlı bürcün hansı olduğu barədə mübahisələr çoxdur. Lakin astroloqlar arasında belə bir fikir formalaşıb ki, bütün bürclər arasında birinə tam etibar etmək mümkündür.

Far.Az xəbər verir ki, söhbət Buğalardan gedir.

Buğalar sədaqətləri, dürüstlükləri və dözümlülükləri ilə seçilirlər. Onlar sözlərini havaya sovurmur, verdikləri vədlərə sadiq qalır və həmişə ədalətli davranmağa çalışırlar. Əgər Buğa söz veribsə, onu yerinə yetirmək üçün əlindən gələni edəcək.

Buğa bürcünün digər mühüm xüsusiyyəti yalan və xəyanətə qarşı barışmaz münasibətidir. Onlar səmimiyyəti və açıq münasibətləri yüksək qiymətləndirir və özləri də manipulyasiyalara meyilli deyillər. Buğanın dostları və yaxınları bilirlər ki, ona ən gizli sirrlərini belə etibar edə bilərlər – o, onları qoruyacaq.

Şübhəsiz ki, hər bir bürcün öz güclü tərəfləri var. Lakin məhz Buğalar ən çox çətin anlarda yanında qalan və etibarı sarsıtmayacaq insanlar olur. Əgər ətrafınızda Buğa bürcü nümayəndəsi varsa, bilin ki, ona arxalana bilərsiniz!

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Uzun müddət gənc qalan 2 bürc

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər