Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində nöqsanlar aşkarlanıb
Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq quruma müraciət ünvanlanıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatı məlumat yayıb.
Qeyd edilib ki, mərkəzdə monitorinqlər ombudsman Səbinə Əliyevanın tapşırığı ilə "Psixi sağlamlıq və insan hüquqları" sahəsində İşçi Qrupu tərəfindən aparılıb.
Qeyd edilib ki, İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanunu, "Psixiatriya yardımı haqqında", "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunları əsasında təşkil olunmuş monitorinqinin məqsədi bu müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin araşdırılması, eyni zamanda, müəssisənin fəaliyyəti ilə yaxından tanışlıq olub.
Cinayət işləri üzrə barəsində həbs qətimkan tədbiri seçilməyən və polis nəzarətində olan, müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin, həmçinin cinayət işləri üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin həmin Mərkəzdə psixiatrik ekspertizaya cəlb edilməsi zamanı qanunvericiliyin tələbləri ilə müəyyən edilmiş hüquqlarının təmini məsələləri öyrənilib.
İşçi qrupun həkim üzvünün də iştirak etdiyi monitorinq zamanı Mərkəzin ambulator və stasionar şöbələrinə, inzibati binasına, komissiya, konvoy və polis post otaqlarına baxış keçirilib.
Monitorinq zamanı kamera tipli palatalarda saxlanılan şəxslərlə konfidensial söhbətlər aparılıb, qidalanma, gəzinti, sovqat qəbulu ilə bağlı müvafiq hüquqların təmini vəziyyəti araşdırılıb.
Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri Mərkəz rəhbərliyinə təqdim edilib, ölkə qanunvericiliyində və beynəlxalq sənədlərdə əks olunmuş müvafiq tələblər diqqətə çatdırılıb, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Qalereya
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ombudsmanın tapşırığı ilə Naxçıvanda cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İxracdan əldə olunan 24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs məsuliyyətə cəlb olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













