Bakıda yeni asfalt qatı çəkilən yolda PROBLEMLƏR - VİDEO
Far.Az xəbər saytı

Bakıda yeni asfalt qatı çəkilən yolda PROBLEMLƏR - VİDEO




Bakıda yeni asfalt qatı çəkilən yolda hərəkətin təşkilində həm sürücülər, həm də piyadalar problemlə üzləşiblər.

Söhbət paytaxtın Yasamal rayonunun M.Müşfiq küçəsindən gedir. Sözügedən ərazidə asfalt-beton örtüyü yenilənəndən sonra məhəlləyə giriş-çıxış hissədə qırıq xətlər ləğv edilib. Bu da ərazidə yaşayan sakinlərin işini bir qədər çətinləşdirib. Daha doğrusu, yolunu uzadıb.

Yolda problem tək bu deyil. Asfalt örtüyü dəyişdikdən sonra yol cizgi xətləri və velosiped zolağı çəkilib. Amma piyada zolağından başqa. Piyadalar da yolun əks tərəfinə keçməkdə çətinliklə üzləşirlər. Baxmayaraq ki, nişan var, amma zolaq yoxdur.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirdilər ki, təmir yekunlaşan küçədə xətləmə işləri tam yekunlaşmayıb. Nişanların mövcud olduğu yerlərdə piyada zolaqları çəkiləcək. ''Hərəkət iştirakçıları ərazidə quraşdırılan nişanların tələblərinə riayət etməlidirlər'', - deyə agentlikdən bildirilib.

Ətraflı süjetdə:

Far.Az
VİDEO

Oxşar xəbərlər

Salyan şosesində asfaltlanma işləri aparılır
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Avtobuslar üçün çəkilən zolaq obyekt sahiblərini narahat edir - VİDEO
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azərbaycan bu gün hamı tərəfindən qəbul edilən geosiyasi vahiddir - "Kaspi"nin ŞƏRHİ - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər