Kriptovalyuta dünyasında tarixi görüş: Hamı bu günü gözləyir
Far.Az xəbər saytı

Kriptovalyuta dünyasında tarixi görüş: Hamı bu günü gözləyir


ABŞ prezidenti Donald Tramp 7 martda Ağ Evdə kriptovalyuta sənayesinin aparıcı simaları ilə görüş keçirəcək.

Far.Az haberler.com-a istinadən xəbər verir ki, tədbirdə Ripple şirkətinin baş direktoru Bred Qarlinqhaus və Strategy idarə heyətinin sədri Maykl Seylor da iştirak edəcək. Görüşdə XRP, Solana (SOL) və Cardano (ADA) üçün strateji ehtiyat planı müzakirə olunacaq.

Zirvə Trampın rəqəmsal aktivlər üzrə işçi qrupu tərəfindən təşkil olunub və Ağ Evin bu sahədə tənzimləyici çərçivələri sürətləndirmək niyyətini göstərir. Toplantıya həmçinin Chainlink-in həmtəsisçisi Sergey Nazarov, Exodus-un CEO-su JP Riçardson və işçi qrupunun icraçı direktoru Bo Hayns da qatılacaq.

Tramp administrasiyası daha əvvəl strateji kriptovalyuta ehtiyatı yaratmaq təklifini irəli sürüb və Mərkəzi Bank Rəqəmsal Valyutalarının (CBDC) qadağan olunması kimi təşəbbüsləri dəstəkləyib. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) Trampın rəhbərliyi altında bəzi kriptovalyutalarla bağlı araşdırmaları dayandırıb.

Bu zirvə Ağ Evdə kriptovalyuta rəhbərlərinin ilk genişmiqyaslı görüşü olacaq və kriptovalyuta bazarının gələcəyinə ciddi təsir göstərə bilər.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qlobal maliyyə sistemində yeni dövrün başlanğıcı
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər