Mourinyodan xarici KİV-ə şok açıqlamalar: "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi
Far.Az xəbər saytı

Mourinyodan xarici KİV-ə şok açıqlamalar: "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi


Türkiyə Super Liqasınln nəhəngi "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo xarici mətbuata müsahibə verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, məşhur çalışdırıcının "Qalatasaray"la bağlı fikirləri diqqətçəkən olub.

"Yaxşılığa doğru dəyişdim. Düşünürəm ki, əvvəlkindən daha yaxşı baş məşqçiyəm, daha çox təcrübəm var. İndi hər şey dejavu kimi görünür. Son turda evdə "Anderlext"i məğlub edəndə futbolçularıma cavab oyunun hər şeyə açıq olduğunu dedim, çünki Avropada 200 oyun keçirmişəm və hər şey baş verib", - Mourinyo deyib.        

"Mən özümdən çox klubumun başqaları, oyunçuları, rəhbərliyi və azarkeşləri haqqında düşünürəm. Mən bunu indi əvvəlkindən daha çox hiss edirəm. Təbii ki, fiziki cəhətdən dəyişmişəm, amma məşqçi kimi əvvəlkindən daha yaxşıyam. Türk futbolunu təmizləmək istəyirəm. "Qalatasaray"ın üstünlüyünü qırmaq istəyirəm, amma bu, sistem üstünlüyüdür. Bu, işimizi çətinləşdirir. Ona görə də "Fənərbağça" ilə bu sistem hökmranlığını qırmaq üçün çox çalışıram. Türkiyədə "Fənərbağça" ilə "Qalatasaray"ın rəqabəti təkcə futbol rəqabəti deyil. "Qalatasaray"ın hakim olduğu sistem var. Çox gözəl şey deyil. Çətin olsa da, bunu sındırmaq üçün çalışıram. Özümü əvvəlkindən daha yaxşı hiss edirəm. Mən böyük futbol klubu, təmiz futbol klubu, qalib gəlmək istəyən, Türkiyə liqasını düzgün şəkildə təmizləmək istəyən klub üçün çalışıram", deyən Mourinyo "Qalatasaray" tərəfdarlarını qəzəbləndirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Joze Mourinyo karyerasını İngiltərədə davam etdirə bilər
Joze Mourinyo əməliyyat üçün ölkə xaricinə yollanacaq
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər