Astanada Azərbaycan və Qazaxıstan XİN başçılarının görüşü keçirilir
Far.Az xəbər saytı

Astanada Azərbaycan və Qazaxıstan XİN başçılarının görüşü keçirilir


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan xarici işlər naziri Murat Nurtleu arasında təkbətək görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.

Hər iki nazir görüşün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında  keçirilməsini fərəh doğuran fakt kimi qeyd ediblər.

***09:41

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşüb.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

"Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu rəsmi səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayır", – paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ramazan ənənələri keçmişdən bu günə - Müxtəlif bölgələrdə Ramazan ayı necə qeyd olunur?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər