Üç min manata kollecə qəbul üstündə mübahisə qanla bitdi - Qaxdakı davanın DETALLARI
Qaxda kollecə qəbul üstündə qonşusunu döyən şəxsə hökm oxunub.
Far.Az Modern.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin yanvar ayında baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Qax sakini Fərruxun (ad şərtidir) həyat yoldaşı Sevgili texnikuma qəbul olmaq istəyib, lakin topladığı bal kifayət etməyib.
Bu zaman qonşusu Müşfiq (ad şərtidir) ona kömək edə biləcəyini bildirib və "işi yoluna qoymaq" üçün 3 000 manat istəyib.
Fərrux isə yalnız 2500 manat verə biləcəyini bildirib və tərəflər razılığa gəliblər. Lakin Sevgili həmin kollecə qəbul ola bilməyib, topladığı balla başqa bir kollecə daxil olub.
Bundan sonra Müşfiq dəfələrlə qonşusu Fərruxdan 3000 manatın tam ödənilməsini tələb edib. Fərrux isə "sən bu işi həll etməmisən, niyə pul istəyirsən?" - deyərək pulu verməkdən imtina edib.
Bu məsələ onların arasında gərginliyə səbəb olub. Hadisə günü 12 yanvar 2024-cü ildə Müşfiq binanın girişində Fərruxu saxlayaraq ona - "mənim arvadımın adı hallanmasın", - deyib.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib, Fərrux Müşfiqi təpik və yumruqla döyüb. Ekspertizaya görə, onun alın sümüyü sınıb, baş-beyin silkələnməsi və digər zədələr qeydə alınıb.
Fərrux isə məhkəmədə özünü müdafiə edərək bildirib ki, əslində Müşfiq onu boğmağa çalışıb və o, sadəcə özünü qorumaq üçün qarşı tərəfi itələyib.
Məhkəmə şahid ifadələri və ekspertiza nəticələrini araşdıraraq Fərruxu Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərərvurma) təqsirli bilərək ona 4 il azadlıqdan məhrumetmə cəzası verib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Azərbaycan və Şimali Makedoniyanın XİN başçıları əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













