Professor Nəsiman Yaqublu yol qəzasında ölüb - YENİLƏNİB
Professor Nəsiman Yaqublu Cəbrayıl rayonu ərazisində yol qəzasında ölüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Far.Az-ya bildirilib ki, bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.
Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məlumata görə, deputatlığa namizəd olan Nəsiman Yaqublu Zəngilanda seçicilərlə görüşdən qayıdırmış.
***
19: 14
Professor Nəsiman Yaqublu yol qəzasına düşüb.
Far.Az xəbər verir ki, Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Nəsiman Yaqublunun Zəngilandan qayıdarkən ağır yol qəzasına düşdüyünü bildirib.
Onun sözlərinə görə, N. Yaqublu Füzuli xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəbləri barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Deputatlığa namizəd Nəsiman Yaqublu yol qəzasında ölüb
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
2026-cı ildə Ukraynanı nə gözləyir?
-
"Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar" - Qərbi Azərbaycan Xronikası
-
Bakıda Xoyski–Koroğlu Rəhimov kəsişməsində yeni işıqforlar quraşdırıldı
-
Kaliforniyada gizlənən Vaqif Allahverdiyev Baş Prokurorluğa çağırıldı













