Azərbaycanda orta aylıq əmək haqqı 13 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Azərbaycanda orta aylıq əmək haqqı 13 %-ə yaxın artıb


Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 12,8 % artaraq 1 063 manat təşkil edib. 

Far.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 

Bu il fevralın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,7 %-i təhsil, 13,7 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 15 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.//Report.az

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanda orta aylıq əmək haqqı 8 %-ə yaxın artıb
Biləsuvarda qeyri-dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı 8 faizə yaxın artıb
Azərbaycanda bu şəxslərin maaşları yenidən arta bilər
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər