Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iftar məclisində iştirak ediblər.
İftar süfrəsinə Azərbaycanın müxtəlif bölgələrindən və ucqar kəndlərindən şəhid ailəsi üzvü, müharibə iştirakçıları, qazilər dəvət olunublar.
Mərasimdə "Qurani-Kərim"dən ayələr və şəhidlərimizin ruhuna dualar oxunub.
Çıxış edənlər Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar. Həmçinin dövlətimizə, xalqımıza xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı, rəşadətli Azərbaycan Ordusunun mənsublarına güc-qüvvət arzulanıb, ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.
"Fire Land Group"un "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış edib.
Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın yad edildiyi, onların ailələrinin iştirak etdiyi "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələri çərçivəsində silsilə tədbirlər təşkil olunur. Şəhid ailələrinin iştirakı ilə keçən bu cür tədbirlər indiyədək bir sıra rayonları əhatə edib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Arzu Əliyeva şəhid anaları ilə birgə iftar məclisində iştirak edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ramazan ənənələri keçmişdən bu günə - Müxtəlif bölgələrdə Ramazan ayı necə qeyd olunur?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Time" jurnalı 2026-cı ilin ən nüfuzlu şirkətlərinin siyahısını tərtib edib
-
Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya...













