Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcək
Far.Az xəbər saytı

Azərbaycan cüdoçuları dünya çempionatında iştirak edəcək


Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək

Cüdo Federasiyasından “Far.Az”a verilən məlumata görə, ölkəmiz 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunacaq.

Yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərovun rəhbərliyi altında yarışda Bahadır Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (90 kq) mübarizə aparacaq.

Qeyd edək ki, 49 ölkədən 405 idmançının qatılacağı turnir avqustun 28-dən 31-nə qədər keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak edib
Azərbaycan Çexiyadakı Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəylinin məhkəməsi keçirilib, 14 nəfər zərərçəkən kimi tanınıb
Boksçularımız Çitada beynəlxalq turnirdə mübarizə aparacaq
Azərbaycanda voleybol məşqçiləri üçün seminarlar təşkil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər