Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada "Səkinə xanım" məscidini ziyarət edib
Martın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubaya səfəri zamanı "Səkinə xanım" məscidini ziyarət edib.
BAKU.WS xəbər verir ki, məscidin imamı Hacıhəmdulla Dəniyarlı Leyla Əliyeva bu ibadət ocağı barədə məlumat verib.
Bildirilib ki, Quba şəhərindəki "Səkinə xanım" məscidi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım tərəfindən 1854-cü ildə tikdirilib.
Hündürlüyü 27 metr olan tarixi məscid dördbucaqlı formadadır. 1930-cu illərdə məscid sovet hakimiyyəti tərəfindən bağlanaraq, ətrafındakı mədrəsə və köməkçi binalar dağıdılıb. Daha sonra məsciddən anbar kimi istifadə olunub. Bir müddət sonra isə burada tikiş sexi fəaliyyət göstərib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bura yenidən məscid kimi istifadəyə verilib. Məscid əsaslı şəkildə təmir olunub, dəstəmazxana və digər köməkçi binalar inşa edilib.
Hazırda "Səkinə xanım" məscidi ölkə əhəmiyyətli tarixi abidə kimi dövlət qeydiyyatındadır.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qərbi Azərbaycanda vandalizmə göz yuman ABŞ – Ağ ev Qarabağda “erməni izi” axtarır - ŞƏRH
Azərbaycan QHT-ləri UNESCO-nu Ermənistana faktaraşdırıcı missiya göndərməyə çağırıb
Gəncənin Şah Abbas və Hüseyniyyə məscidlərinin mövcud vəziyyəti ilə tanışlıq olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













