Sabiq bələdiyyə sədrinin bacısı ilə bağlı daha bir hökm çıxarıldı
Far.Az xəbər saytı

Sabiq bələdiyyə sədrinin bacısı ilə bağlı daha bir hökm çıxarıldı


Dələduzluğa görə həbsdə olan İlknur Turkutun (Əliyeva) digər cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hazırda həbsdə olan İlknur Turkutun cəzası birləşdirilib və o, qəti olaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İ.Turkut zərərçəkmiş Şirin Abbasova oğlunu həbsdən çıxara biləcəyi barədə yalan vəd verib, məhkəmə istintaqı davam edən işi həll etmək üçün zərərçəkmişdən 15 min manat pul alıb.

İlknur Turkut bundan öncə də bacısı, Binəqədi rayon bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva ilə birgə hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aytac Əliyeva yeddi, İlknur Turkut isə altı il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Binəqədi Rayon Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.

İttihama görə bacılar zərərçəkmiş şəxslərə yalan vəd verərək, 1 milyon manata yaxın ziyan vurub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər