Azərbaycan millisi bu gün Haiti yığması ilə üz-üzə gələcək
Far.Az xəbər saytı

Azərbaycan millisi bu gün Haiti yığması ilə üz-üzə gələcək


Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir.

Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Matç saat 21:45-də start götürəcək.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək.

22 mart

21:45 Azərbaycan – Haiti

Baş hakim: Kadir Sağlam

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta

Dördüncü hakim: Fərid Hacıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər