Rusiya zəifləyir, İran isə narahatdır…
Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən İranın Azərbaycanı Naxçıvana birləşdirən yolla bağlı çox aydın mövqeyi var. İranın eskalasiya riskindən narahatlığı da məhz bu mövzudadır.
Far.Az Baku.TV-yə istinadən xəbər verir ki, bu sözləri rusiyalı şərqşünas Viktor Nadein-Rayevski İran Xarici işlər naziri Abbas Arakçının Ermənistana səfərini şərh edərkən deyib.
O bildirib ki, Arakçının səfəri zamanı həm regional, həm də geosiyasi proseslərə aid genişspektrli məsələlər müzakirə olunub:
"Maraqlıdır ki, İran tərəfinin kifayət qədər tez-tez istinad etdiyi regional 3+3 formatı məsələsi gündəmə gətirilməyib. Düşünürəm ki, buna səbəb səfərdə əsas diqqətin İrəvan-Bakı münasibətləri məsələsi olmasıdır".
O hesab edir ki, İran Ermənistanla daha sıx xarici siyasət koordinasiyasını həyata keçirmək istəyir:
"Lakin Ermənistanın Qərblə münasibətləri buna müəyyən qədər mane olub. Baxmayaraq ki, ABŞ-ın yeni prezidentinin administrasiyası Cənubi Qafqazda fərqli siyasət yürüdür və bu, Ermənistanı Rusiya və İranla münasibətlərinə yenidən baxmağa vadar edir. Burada problem yeni administrasiyanın kəskin antiiran mövqeyində olmasıdır.
Ümumiyyətlə, Ermənistan-İran münasibətlərinin inkişafı geosiyasi mürəkkəbliyi olan bir prosesdir, lakin bu, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərində problemlər yaşayan Ermənistan üçün çox vacibdir".
Onun fikrincə, son illər İran vaxtaşırı regiona diqqətəlayiq səfərlər edir və bütün bunlar İranın Cənubi Qafqazda təsirini dərinləşdirməyə yönəlib:
"Bu, həm də Rusiyanın mövqelərinin zəifləməsi və Türkiyənin daha da güclənməsi ilə bağlıdır. Buna görə də İran imkan daxilində təşəbbüslər göstərir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək
-
Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı ADSEA-dan AÇIQLAMA













