Təhsil İnstitutunda yeni təyinatlar olub
Azərbaycan Respublikasının Təhsil İnstitutunda yeni təyinatlar olub.
Bu barədə Far.Az-ya Təhsil İnstitundan məlumat verilib.
Bildirilib ki, Ümumi şöbənin müdiri Kənan Kərimli direktor müavini, Layihələrin təşkili və idarə edilməsi şöbəsinin müdiri İbrahim Baxışlı isə Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinə direktor təyin olunub.
Kənan Kərimli 2012-2017-ci illərdə “Azərinşaatsevris” MMC, “Azercon” ASC, “ADY Ekspress” MMC və “Astaraçay” MMC kimi şirkətlərdə şöbə müdiri vəzifəsində çalışıb, 2017-ci ildən yeni vəzifəyə təyin edilənədək Azərbaycan Respublikasının Təhsil İnstitutunda İnformasiya şöbəsinin, daha sonra isə Ümumi şöbənin müdiri vəzifələrini icra edib.
2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
İbrahim Baxışlı 2010-2015-ci illərdə Bakı Mühəndislik Universitetinin maliyyə ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2017-2019-cu illərdə ABŞ-ın Lindenwood Universitetində MBA proqramında təhsil alıb.
2016-2017-ci illərdə “Capital Motors” MMC-də maliyyə mütəxəssisi, 2019-cu ildə “Nəzarət Ölçü Cihazları və Avtomatika” MMC-də analitik, 2020-2021-ci illərdə “Azgranata” MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri, 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyində böyük elmi işçi vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Azərbaycan Təhsil İnstitutuna direktor müavini və mərkəz direktoru təyin edilib
Mehriban Əliyevanın doğum günüdür
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü













