Bəzi rayonlara leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
Far.Az xəbər saytı

Bəzi rayonlara leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA


Saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hazırda bəzi yerlərdə qərb küləyi əsir.

Küləyin sürəti Zaqatala və Daşkəsəndə 28, Balakəndə 25, Altıağacda 22, Yevlax, Şəki, Mingəçevir, Şahdağ və Xaçmazda 20, Bərdədə 18, Culfa və Gədəbəydə 16, Şərurda 15, Şabranda 14 m/s təşkil edir.

Goranboy, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Mingəçevir, Yevlax, Ağstafa, Zaqatala, Balakən və Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Aran rayonlarında 26, Naxçıvan MR-da 25, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış, qar yağır, külək əsir - FAKTİKİ HAVA - YENİLƏNİB-2
Bakıda külək güclənib, bəzi yerlərdə leysan yağır - YENİLƏNİB-2
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bəzi rayonlarda küləkli və yağıntılı hava davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər