German Qref Azərbaycan Prezidentinə təbrik məktubu göndərdi
Far.Az xəbər saytı

German Qref Azərbaycan Prezidentinə təbrik məktubu göndərdi


Rusiya Federasiyasının "Sberbank" Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident.

Baharın, yenilənmənin və rifahın rəmzi olan Novruz bayramı münasibətilə Sizi təbrik edirəm.

Bir çox xalqların qeyd etdiyi bu qədim bayram quruculuğun və birliyin ahəngini təcəssüm etdirir, bizə zəhmətsevərliyin, qarşılıqlı anlaşmanın və dəyişikliyə can atmağın vacibliyini xatırladır. Novruz əsrlər boyu olduğu kimi, bu gün də yalnız təbiət bayramı deyil, həm də dostluq ənənələrinin, anlaşmanın, qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.

Qoy bu bayram bizi yeni nailiyyətlərə, uğurlu əməkdaşlığa və cəmiyyətin rifahı naminə məhsuldar fəaliyyətə ruhlandırsın.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Oxşar xəbərlər

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər