DSMF Böyük Britaniyada mükafata layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Böyük Britaniyada yerləşən “International Finance” mötəbər beynəlxalq qurumunun “International Finance Awards” beynəlxalq müsabiqəsində də uğur qazanıb.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, fondun təqdim etdiyi iş müsabiqənin üç mərhələsinin hər biri üzrə münsiflər tərəfindən maksimum balla qiymətləndirilib və DSMF müsabiqədə “Ən Yaxşı Pensiya Fondu” ali mükafatına layiq görülüb.
Müsabiqəyə Azərbaycandan qoşulan qurumlar arasından eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də müvafiq kateqoriya üzrə mükafatla təltif edilib.
“International Finance Awards” müsabiqəsi beynəlxalq platformada sənaye mərkəzlərinin iqtisadi və sosial inkişafını, liderlik bacarıqlarını, müasir texnologiyalardan istifadə potensialı və davamlı innovasiyalarını təşviq etmək məqsədilə keçirilir.
Müsabiqədə ölkəmizlə yanaşı, Avstraliya, Avstriya, İspaniya, Portuqaliya, Malayziya, Misir, İtaliya, Birləşmiş Krallıq, Fransa, Çin, İndoneziya, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və digər ölkələrdən qurumlar iştirak ediblər.
Bu, 2024-cü ilin 8 ayı ərzində DSMF-nin layiq görüldüyü 21-ci, son üç il və cari ilin ötən dövrü ərzində isə 44-cü beynəlxalq mükafatdır.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
-
"Kürü keçək?! 5" üzgüçülük yarışında 1000 metr məsafəyə üzmə yarışına start verilib
-
Bəzi yerlərdə 41 dərəcəyə yaxın isti olacaq
-
Vuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil
-
Hormonal pozuntuların əsas əlamətləri hansılardır?
-
Lionel Messiyə ağır itki üz verdi













