Sürətli yollarda geriyə hərəkət edən avtomobil sürücüləri qəzalara səbəb oldu
Sürətli yollarda geriyə hərəkət edən avtomobil sürücüləri yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb oldular.
Far.Az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdaretmə Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, yollarda nəqliyyat vasitəsi ilə geriyə hərəkət etmək diqqət və ehtiyatlılıq tələb edir:
"Xüsusilə də sürətli yollarda və avtomagistrallarda bəzi sürücülərin qaydalara əməl etməməsi əksər hallarda qəzaların baş verməsi ilə nəticələnir. Paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda və Ziya Bünyadov prospektində müxtəlif vaxtlarda qeydə alınan bu yol-nəqliyyat hadisələrini təhlil etdikdə məlum olur ki, sürücülər səhv istiqamətdə getdiklərindən geriyə hərəkət etməyə üstünlük verirlər.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Bununla yanaşı, qanunun 43-cü maddəsi avtomagistrallarda da nəqliyyat vasitələrinin geriyə hərəkət etməsini qadağan edir."
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Zığ dairəsi – Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib
-
"Fars": Bəndər-Abbas limanını BƏƏ-nin qırıcıları bombalayıb - YENİLƏNİB
-
SOCAR komandasının baş məşqçisi: "Böyükhesablı qələbə bizim üçün də sürpriz oldu"













