Vəkillər Kollegiyası qurumun saytına oxşar saxta portalla bağlı vətəndaşları ehtiyatlı olmağa çağırıb
Vəkillər Kollegiyasının (ARVK) rəsmi internet resursuna oxşar saxta sayt yaradılıb.
Kollegiyadan BAKU.WS-ə bildirilib ki, qeyri-qanuni yolla maddi vəsait əldə etmək istəyən şəxs və ya şəxslər ARVK-nın rəsmi saytına oxşar - https://vakil-az.com/ saytı vasitəsilə insanlara qarşı fişinq hücumları həyata keçirirlər.
Məqsəd vəkil və vətəndaşları çaşdırmaq, onların məlumatlarını ələ keçirmək və potensial olaraq qanunsuz fəaliyyətlər göstərməkdir.
Həmin saytda ARVK-nın rəsmi saytında olduğu kimi, Kollegiya üzvləri ilə bağlı məlumatlar, əlaqə nömrələri yerləşdirilib, vəkillərin reyestrləri qeyd edilib.
Eyni zamanda həmin şəxs və şəxslər bir qrup vəkilə yerli və xarici ölkələrin mobil nömrə qeydiyyatında olan "WhatsApp" vasitəsi ilə mesajlar yazaraq, guya nömrələri "vakil-az.com" saytından əldə etdiklərini və hüquqi yardıma ehtiyaclarının olduqlarını bildiriblər. Yazışmalar zamanı göndərilən mesajların saxta olduğu və müraciətlərin fişinq hücumu məqsədi daşıdığı məlum olub.
Vətəndaşlardan xahiş olunur ki, bu cür şübhəli internet resurslarına güvənməsin və kibertəhlükəsizlik qaydalarına riayət etsinlər. Saytın ünvanını diqqətlə yoxlamaq və yalnız rəsmi səhifəyə daxil olmaq lazımdır. Eyni zamanda şübhəli saytlara və mesajlara şəxsiyyət vəsiqəsi məlumatlarını, bank kartlarını və ya digər şəxsi informasiyanı daxil etmək olmaz.
Bu kimi hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına və Vəkillər Kollegiyasına məlumat verilməsi tövsiyə olunur.
ARVK məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verib, hazırda araşdırma aparılır və vətəndaşların hüquqlarının qorunması üçün lazımi tədbirlər görülür.
Qalereya
Oxşar xəbərlər
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı













