DYP-dən həftə sonu ilə bağlı sürücülərə MÜRACİƏT
Far.Az xəbər saytı

DYP-dən həftə sonu ilə bağlı sürücülərə MÜRACİƏT


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu ilə bağlı sürücülərə müraciət edib.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin BDYPİ məlumat yayıb.

Bildirilib ki, həftə sonlarında əhalinin istirahət məkanlarına üz tutması, ailəvi ziyarətlərin və müxtəlif kütləvi tədbirlərin sayının artması ilə əlaqədar olaraq respublika yollarında nəqliyyat vasitələrinin hərəkət intensivliyində ciddi artım müşahidə olunur. Bu halda, yol hərəkəti qaydalarına riayət edilməməsi və diqqətsizlik qəza riskini əhəmiyyətli dərəcədə artırır.

BDYPİ vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülərə və piyadalara müraciət edərək, hər kəsi diqqətli olmağa və qaydalara ciddi şəkildə riayət etməyə çağırıb:

"Sürücülərin diqqətinə çatdırılır:

- nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamadan yola çıxmayın;

- sürət həddinə ciddi əməl edin və ara məsafəsini qoruyun;

- piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaldın və piyadalara üstünlük verin;

- sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə yol verməyin.

Piyadalara xatırlatma:

- yolu yalnız müəyyən edilmiş keçidlərdən istifadə edərək keçin;

- mobil telefondan və qulaqlıqlardan istifadə etməkdən çəkinin;

- yolun hərəkət hissəsini keçərkən sürücülərlə göz təması yaradaraq hərəkətin təhlükəsizliyinə əmin olun.

Qəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısından maksimal dərəcədə diqqət və məsuliyyət tələb olunur.

BDYPİ hər kəsə təhlükəsiz və qəzaların baş vermədiyi həftə sonu arzulayır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
DYP qeyri-sabit hava şəraiti ilə bağlı piyadaları ehtiyatlı olmağa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər