Metroyla gedənlərə ŞAD XƏBƏR - Avropadan vaqonlar alınacaq
2030-cu ilə qədər Bakı metrosuna 300 yeni vaqon alınması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC sədrinin müşaviri Emil Əhmədov deyib.
O qeyd edib ki, vaqonların hələlik hansı ölkədən alınacağı məlum deyil:
"Hazırda danışıqlar gedir. Avropa ölkələrindən biri ilə razılıq əldə edildikdən sonra vaqonlar alınacaq".
O bildirib ki, bu ildən etibarən Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması nəzərdə tutulur:
"Bu, hər xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Bu məqsədlə "Cəfər Cabbarlı" ilə "Nizami" stansiyaları arasında, təxminən, 200 metrlik tunel tikiləcək və bununla da xətlər bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərəcək. Sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında əlavə keçid də tikiləcək".
E.Əhmədov deyib ki, əsas layihələrdən biri "Dərnəgül" elektrik deposunun tikintisidir:
"Bu depo bütün standartlara cavab verəcək və Yaşıl xəttin tam müstəqil fəaliyyətini təmin edəcək. Eyni zamanda, dayanıqlı enerji təminatı üçün "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarının yaxınlığında iki yeni yarımstansiya inşa olunacaq, Qırmızı xəttin köhnəlmiş yarımstansiyası isə yenilənəcək. Eyni zamanda, "İçərişəhər" və "Xətai" stansiyalarında qatarların dönməsi təmin olunacaq. Xətlərin ayrılması layihəsinin yekununda hərəkət qrafiki daha optimal qurulacaq, intervallar azaldılacaq və sərnişindaşıma səmərəliliyi artacaq. Nəticədə Qırmızı xətt üzrə intervallar 2 dəqiqəyə, Yaşıl xətt üzrə isə 2 dəqiqə 30 saniyəyə enəcək".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"28 May" stansiyası yaxınlığında qazıntı işlərinə başlanacaq
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
TÜRKSOY Cəfər Cabbarlının dram əsərlərindən ibarət kitab təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən və xəsarət alan var - ADLAR













