Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq
Far.Az xəbər saytı

Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq


Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə Dövlət Proqramına uyğun olaraq, yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarının əsaslı təmiri istiqamətində işlər davam etdirilir.

"Far.Az"un yerli bürosunun məlumatına görə, "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən ümumi uzunluğu 94,2 kilometr olan bir sıra yolların əsaslı təmiri nəzərdə tutulur.

Layihəyə Culfa şəhərdaxili yolları, Culfa rayonunun Kırna–Dizə–Gal–Şurud, Babək rayonunun isə Qahab, Naxışnərgiz, Nəcəfalıdizə–Nəhəcir kənddaxili avtomobil yolları daxildir.

Qeyd edək ki, sözügedən layihə ilə bağlı 23 aprel 2026-cı il tarixində rəsmi tender portalında ümumi dəyəri 18,6 milyon manat təşkil edən açıq tender elan olunub. Tender proseduru uğurla başa çatdıqdan sonra qalib podratçı tərəfindən yol təmiri işlərinə başlanılacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər