"Azərxalça": Məqsədimiz yüksək keyfiyyətli, amma məhdud sayda istehsal və satışdır - EKSKLÜZİV
Far.Az xəbər saytı

"Azərxalça": Məqsədimiz yüksək keyfiyyətli, amma məhdud sayda istehsal və satışdır - EKSKLÜZİV


Azərbaycan xalçalarının maya dəyərinə görə Hindistan, Əfqanıstan, Nepal kimi ölkələrdə istehsal olunan analoqları ilə rəqabət aparmaq imkanı yoxdur.

Bunu "Report"a açıqlamasında "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum kəmiyyətə deyil, keyfiyyətə fokuslanıb: "Biz hazırda yun, yun-ipək qarışıq və ipək xalçalar toxuyuruq, amma kütləvi istehsaldan qaçırıq. Çünki "Azərxalça" olaraq yüksək keyfiyyətli brend yaratmışıq və onu tanıtmışıq. Məqsədimiz yalnız yüksək keyfiyyətli, məhdud sayda xalçalarla həm yerli, həm də xarici bazarlarda təmsil olunmaqdır. Hazırda müxtəlif ölkələrə ixrac həyata keçiririk. Satış istiqamətlərimiz mövsümdən asılı olaraq dəyişə bilər. Ötən ilin sonunda Əbu-Dabiyə satışımız olub. Daha əvvəl Rusiyaya, Avropa ölkələrinə xalça ixrac etmişik".

E.Məmmədov əlavə edib ki, yerli xalçalar Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyasında (WUF13) təqdim olunacaq: "Xalça festivalımızın mini forması orada təşkil olunacaq. Ölkəmizə gələn qonaqlar xalçalarımızla tanış olacaqlar. Bundan başqa, bizim müxtəlif bölgələrimizi təmsil edən 20 toxucumuz orada xalça toxuyacaq. Bununla bağlı müxtəlif proqramlarımız var".

Oxşar xəbərlər

Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı növbəti xalçaların kəsim mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər