Viktor Osimhenin yeni ünvanı bəlli olur: Premyer Liqa yox, Səudiyyə Ərəbistanı?
Far.Az xəbər saytı

Viktor Osimhenin yeni ünvanı bəlli olur: Premyer Liqa yox, Səudiyyə Ərəbistanı?


Mövsümə "Napoli"dən sürpriz şəkildə "Qalatasaray"a icarəyə keçməklə başlayan nigeriyalı hücumçu Viktor Osimhen, nümayiş etdirdiyi performansla diqqət mərkəzinə düşüb. "Qalatasaray" onun transfer hüququnu almaq üçün çalışsa da, Osimhenin gələcəkdə hansı klubda oynayacağı sual altındadır.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, İngiltərə mətbuatının iddiasına görə, Premyer Liqa nəhənglərinin də maraq dairəsində olan futbolçunun ən real yeni ünvanı Səudiyyə Ərəbistanı ola bilər. "The Athletic" jurnalının tanınmış müxbiri David Ornstein bu barədə danışaraq bildirib: "Premyer Liqa klubları Osimhenin ən real seçim yerinin Səudiyyə Ərəbistanı olduğu fikrində ortaq mövqedədir. Bəzi klublar onun tələb etdiyi yüksək maaş səbəbindən bu fikirdədir, lakin hələ dəqiq heç nə yoxdur".

Chelsea, Manchester United və Arsenal kimi klublar hücumçunu heyətlərinə qatmaq istəyirlər. Lakin Osimhen qış transfer dövründə aldığı bütün təklifləri rədd edərək, mövsümü "Qalatasaray"da tamamlamaq istədiyini bildirmişdi.

Osimhen-in mövsüm göstəriciləri:

Bu mövsüm "Qalatasaray" forması ilə bütün turnirlərdə 32 oyuna çıxan Osimhen, 28 qol və 5 assistlə yadda qalıb. Onun müqaviləsi 2026-cı ilə qədər "Napoli" ilə qüvvədədir və sərbəst qalma məbləği 75 milyon avro olaraq müəyyən edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qərb zonasında seçicilər səsvermədə fəallıq nümayiş etdirirlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər