İşğal altındakı ərazilərdə qondarma rejimin "qurumları"nın veb-saytları ".am" domeni ilə qeydiyyata alınırdı
Far.Az xəbər saytı

İşğal altındakı ərazilərdə qondarma rejimin "qurumları"nın veb-saytları ".am" domeni ilə qeydiyyata alınırdı


Təqsirləndirilən şəxs – David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən deyib ki, vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə qondarma rejimin "qurumları"nın veb-saytları Ermənistan Respublikasının ".am" domeni ilə qeydiyyata alınıb.

BAKU.WS "Report" xəbər verir ki, o, həmin veb-saytların təhlükəsizliyinin təmin edilməsi ilə vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə yaşayan erməni sakinlərin məşğul olduqlarını, yəni, onların Ermənistan Respublikasına aid saytlara müdaxilə etmək hüququnun olduğunu bildirib.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi - MƏHKƏMƏ
David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Arayik Harutyunyan: Qondarma rejimdə "bank sistemi" Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər