Zelenski: Tərəfdaşlarımız bizə məhdudiyyətsiz silah verməlidirlər
“Rusiya ölkəmizin ərazisinə yüzlərlə raket və “Shahed” pilotsuz uçuş aparatı ilə genişmiqyaslı hücum edib. Xarkovdan Odessaya və Qərb regionlarına zərbələr zamanı dinc sakinlər arasında ölən və yaralananlar var”.
Far.Az-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Teleqram” kanalı vasitəsilə müraciətində deyib. Onun sözlərinə görə, hazırda ölkənin energetika sektoruna dəyən ziyanın aradan qaldırılması üçün tədbirlər görülür.
V. Zelenski deyib ki, indiki məqamda ordunun silah-sursatla bağlı təchizatında məhdudiyyət olmamalıdır: "Tərəfdaşlarımız bizə məhdudiyyətsiz silah verməlidirlər. Rusiya özünə məxsus olan bütün növ silahlardan bizə qarşı istifadə etdiyi bir məqamda hərbçilərimiz təchizatla bağlı qadağalarla üzləşməməlidir. Onların balansında “Shahed” pilotsuz uçuş aparatları, eləcə də Şimali Koreyadan gətirdikləri ballistik raketlər var. ABŞ, Böyük Britaniya, Fransa və digər tərəfdaşlar bizə bu terroru dayandırmaqda dəstək olmalıdırlar”.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Xaricdə təhsil imkanları genişləndirilir - YENİLİKLƏR VƏ FÜRSƏTLƏR
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakıda 25 yeni yol çəkiləcək - Tıxac problemi NECƏ HƏLL OLUNACAQ?
-
Bakının bu rayonunda iki gün SU OLMAYACAQ
-
Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış
-
"Bakcell"in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
-
"Bir Kredit" BOKT 2 milyon manatlıq istiqraz buraxır













